A24 Xeber

Bülənt Ersoy yenə gecə alış-verişinə çıxdı – 5 boyunbağıya sərvət ödədi

Bülənt Ersoy yenə gecə alış-verişinə çıxdı – 5 boyunbağıya sərvət ödədi
581
16 Mart 2017 - 19:04

Qır-qızıl tutqunu olan Bülent Ersoy çox düşünəndən sonra bəyəndiyi 5 boyunbağını 126 min lirə ödəyərək alıb.

“A24.Az” Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gecə türk müğənni Bülənt Ersoy Nişantaşındakı bir qızıl dükanını açdırıb. O, saatlarla baxdığı qır-qızılları bir müddətdən sonra almağa qərar verib. Baxdığı 5 boyunbağına isə cəmi 126 min lirə pul ödəyib.

Qeyd edək ki, Bülənt Ersoy ötən ay da Kapalıçarşını polislərin köməyi ilə açdırmış və alış-veriş etmişdi. Bir mağazadan 2 ipək xalça və qır-qızıl alan müğənni 57 min dollarlıq alış-veriş etmişdi.

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00