A24 Xeber

Bundan sonra “BakıKart”lara bu qurğularda da balans yükləyə biləcəksiniz

Bundan sonra “BakıKart”lara bu qurğularda da balans yükləyə biləcəksiniz
575
27 Mart 2017 - 14:29

“Komtec” şirkəti (“MilliÖN” ödəmə terminallarının quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) “MilliÖN” kartomatlarında yeni seçimi işə salıb.

“A24.az” bildirir ki, şirkətdən verilən məlumata görə, bu seçim “BakıKart” gediş kartının balansının yüklənməsi əməliyyatını daha da asanlaşdırmağa imkan verəcək.

Qeyd olunub ki, bu, kart sahiblərinin diqqətsizliyi üzündən düzgün həyata keçirilməyən əməliyyatların qarşısının alınması üçün nəzərdə tutulub.

Şirkətdən bildirilib ki, bundan əvvəl istifadəçilər kartı yükləyərkən “Sonra” düyməsini basmadıqları üçün məbləğ balansa keçmirdi. Əvəzində həmin məbləğ kartomata qoyulan növbəti kartın balansına keçə bilərdi. Yeni seçim vasitəsilə bunun qarşısı alınacaq.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00