Çapı qadağan olunmuş kitab barəsində hüquqşünas danışdı: "Qüsurlu bir rəydir, o cür  yazılmamalıdır"

Çapı qadağan olunmuş kitab barəsində hüquqşünas danışdı: “Qüsurlu bir rəydir, o cür  yazılmamalıdır”
Want create site? Find Free WordPress Themes and plugins.

İlahiyyatçı Elşad Mirinin çapı qadağan olunmuş “İslamda Yoxdur!” kitabı haqqında verilən rəyi hüquqşünas Fərhad Mehdiyev hüquqi yöndə dəyərləndirib.

“A24.az”a danışan hüquqşunas rəydə çatışmayan 3 başlıca cəhəti və rəyi yazanın qüsurlarını izah edib. Fərhad Mehdiyev bildirib ki, hər hansı bir ekspertin yazdığı rəy belə olmamalıdır:

“Kitabın çap olunmasına verilən imtina cavabının əsasındakı bir səhifəlik rəyə baxdım. Həmin rəydə kitabın nəşrinin nəyə görə uyğun olmadığı açıqlanıb. Orda əsas olaraq göstərilən amillər bunlardır: göstərilib ki, burda kifayət qədər hədislərə, daha əvvəlki alimlərin  tədqiqatlarına istinad olunmayıb, bu da cəmiyyətdə müəyyən ixtişaşlara, narazılıqlara gətirib çıxara bilər. Bu 3 səbəbdən dolayı, demək olar ki, kitabın çapı məqsədəuyğun görülməyib.

Bu rəyin əksik cəhətləri nədir? Birincisi, rəyi yazan müəllif qeyd etməliydi ki, konkret filan yerdə bu cür hədislər, alimlərin bu cür fikirləri var, bunlar olduğu halda, həmin şeylərə istinad olunmayıb. Yəni əsaslandırma ümumi olmamalıdır, əsaslandırma konkret olmalıdır, faktlarla getməlidir. Məsələn, filan səhifədə belə bir şey göstərilib, halbuki bu kimi əsərlərdə yazılan şeylərə ziddir və həmin əsaslara da istinad olunmayıb. Normalda qəbul olunmuş bir şeyə əks fikir deyə bilərsiniz. Məsələn, deyəcəksiniz ki, bunlar bu yerdə belə yazılıb, filan səbəblərə görə ziddir. Tənqid bu şəkildə getməlidir. O, bunu öz rəyində dəqiq göstərməlidir ki, bu kitabda yazılanlar, filan şeylər əksikdir. Amma burda ümumi formada göstərilib.

Rəydəki tənqidin digər cəhəti budur ki, kitab cəmiyyətdə müxtəlif şeylərə gətirib çıxarda bilər. İndi necə də olsa din haqqında deyilən sözlər belə ifadə azadlığından istifadə edir. Demək istədiyim budur ki, əslində Avropa İnsan Haqları Konvensiyasına görə, bunu ələ aldıqda, burda 9-cu maddədəki din azadlığının tətbiqi deyil, həm də 10-cu maddədəki ifadə azadlığının  kontekstinə girir. İfadə azadlığının kontekstinə girəndə onun məşhurlaşdırılmasının öz şərtləri var. Əlbəttə ki, həmin şərtlər arasında milli təhlükəsizliyin qarşısının alınması, başqalarının hüquqlarının pozulmasının qarşısının alınması kimi şərtlər tam imkan verir ki, kitabın yayımlanmasına məhdudiyyət qoyulsun. Amma orda böyük bir şərt də qoyulub ki, demokratik cəmiyyətdə zəruri olduğu qədər… Bu o deməkdir ki, demokratik cəmiyyətin öz şərtləri var: toleranlıq, dözümlülük, fikir müxtəlifliyidir. Yəni müəyyən yerə qədər hesab edirəm ki, dözümlülük və fikir müxtəlifliyinə səbəb, şərait gətirmək lazımdır.

Fikirlərinin davamında hüquqşunas kitab haqqında yazılan rəyin qüsurlu olduğunu və eksper rəyi kimi məhkəmə prosesində  ələ alınmadığını bildirdi:

“O rəy, məncə, qüsurlu bir rəydir. Sadaladıqlarım rəyçi tərəfindən düzəldilə bilər. Rəydəki üçüncü tənqid heç düzgün tənqid deyil. Qeyd edim ki, hazırda 21-ci əsrdəyik, indi hər cür fikirlərin mübahisə oluna bildiyi bir zamandır. Elşad Mirinin yazdığı kitabı oxumamışam. Rəydəki 1-ci və 2-ci tənqidlərin əsassız olmadığını bilmirəm, yəni həqiqətən də müəllif bunları ciddi əsaslandırıbmı, daha əvvəlki tədqiqatlara istinad eləyibmi, Hədis və Qurandakı ayələrdən yola çıxıbmı, çımayıbmı, kitaba baxmasam deyə bilmərəm. Amma rəyin özündə sadaladıqlarım dəqiq göstərilməlidir. Bu kitab harda  hansı fikirlərə istinad  etməli idi, ancaq istinad etməyib, rəy bu şəkildə  yazılmalı idi. Bu çox ümumi bir rəydir, əslində rəylər o cür  yazılmamalıdır, rəylər dəqiq olmalıdır.  Yəni məhkəmə mübahisəsində həmin rəy  ekspertiza qismində ələ alınmaz. Ekspert harda nəyin səhv yazıldığını dəqiq göstərməlidir. Bax bu dəqiqlik olmalıdır, amma həmin rəydə bu dəqiqlik yoxdur”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar