A24 Xeber

CAR İsraildəki səfirini geri çağırdı

CAR İsraildəki səfirini geri çağırdı
37
14 May 2018 - 23:51

Cənubi Afrika Respublikası (CAR) Qəzzadakı baş verən hadisələrlə əlaqədar İsraildəki səfirini geri çağırıb.

A24.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumatı CAR-ın Beynəlxalq münasibətlər və əməkdaşlıq nazirliyinin nümayəndəsi Nvidxuvo Mabaya bildirib.

Onun sözlərinə görə, İsrailin son hücumlarının ciddiliyini nəzərə alınaraq CAR oradakı səfirini təcili geri çağırmaq barədə qərara qəbul edib.

“CAR hökuməti İsrail silahlı qüvvələri tərəfindən Qəzza zolağında həyata keçirilən qəddar təcavüz aktını ən qəti şəkildə pisləyir”, – deyə nazirlik nümayəndəsi əlavə edib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00