Çavuşoğlu Kerri ilə Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edib

Çavuşoğlu Kerri ilə Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edib
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə  telefon danışığı zamanı Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edib.

“A24.az” bildirir ki, APA-nın xəbərinə görə, bu barədə “Habertürk” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, həmkarlar həmçinin Kerri və ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə planlaşdırılan səfərini və Suriyadakı vəziyyəti  müzakirə ediblər.

Qeyd edək ki, Fətullah Gülənin ekstradisiyası məsələsi ilə məşğul olan ABŞ-ın Ədliyyə Nazirliyinin nümayəndə heyəti avqustun 22-də Türkiyəyə səfər edəcək.  Avqustun 23-24-də  nümayəndə heyətinin Türkiyənin rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar