Çavuşoğlu məktəb illərindən danışdı: "O illərdə erməni terror təşkilatı..."

Çavuşoğlu məktəb illərindən danışdı: “O illərdə erməni terror təşkilatı…”
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu məktəb illərindən danışıb.

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu lisey illərində diplomat olmaq istədiyini ancaq buna qarşı bir məktəbdə oxumadığını qeyd edərək, “O illərdə erməni terror təşkilatı ASALA bizim diplomatlarımızı şəhid edirdi onlara mübarizə apara bilmək üçün diplomat olmaq istəyirdim”, – deyə bildirib.

Çavuşoğlu, Kəpəz rayonunda iş adamı Mustafa Yılmazın ana və atası adına tikdirdiyi Nəriman-Erol Yılmaz Sosial Elmlər Məktəbinin açılışında etdiyi çıxışında, Yılmazın yaxşı bir dost və xeyirxah bir iş adamı olduğunu deyib.

Antalya və Türkiyədə çox sayda xeyirxah olduğuna vurğulayan Çavuşoğlu, “Bu səbəblə təhsil prosesinindaha geniş yayılması nisbətində məqsədlərə sürətlə gedirik. İş adamlarımız məktəb üçün apardığı xərcinin 100 faizi vergidən azaddır. Ancaq xeyriyyəçi iş adamlarımız vergidən azad olmaq üçün deyil, təhsilə töhfə vermək və əcdadlarının adını yaşatmaq üçün məktəblər tikdirir”, deyə danışıb. Əhaliyə nisbətən xeyriyyəçi baxımından Antalyanın birinci sırada olduğunu qeyd edən Çavuşoğlu, bu səbəblə şəhərdəki proqramında təhsil müəssisələrinə çox vaxt ayırdığını bildirib.

Texniki liseylərin məqsədinin, uşaqları hansı sahədə təhsil almaq istəyirsə onlara hazırlamaq olduğunu ifadə edən Çavuşoğlu, bu sözləri ifadə edib: “Liseydə oxuduğum illərdə diplomat olmaq istəyirdim, ancaq liseydə bununla bağlı bir məktəbdə oxuya bilmədim. O illərdə erməni terror təşkilatı ASALA bizim diplomatlarımızı şəhid edirdi. Onlara inad, onlarla mübarizə etmək üçün diplomat olmaq istəyirdim. İndi ictimai elmlər litseylərində müəllimlər uşaqları yönəldəcək. Uşaqları nə olmaq istəyirlərsə, bu liseylər hazırlayacaq”.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar