Çavuşoğlu: Tramp F-35 məsələsində lazımi addımlar atacağını deyib

Çavuşoğlu: Tramp F-35 məsələsində lazımi addımlar atacağını deyib
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV kanalında canlı yayımında gündəmi dəyərləndirib və sualları cavablandırıb.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyada son dövrdə baş verən proseslərə toxunan Çavuşoğlu, “Bu pozuntularda Rusiyanın da, İranın da, həmçinin ABŞ-ın məsuliyyəti də var”, – deyə bildirib.

Astanadakı neytral zonalar müqaviləsinə cənub bölgəsini də əlavə etdiklərini və birlikdə hərəkət etməyi qərara aldıqlarını xatırladan Çavuşoğlu, rejimin təminatçısının İran və Rusiya, müxalifətin təminatçısının isə Türkiyə olduğunu söyləyib.

Lakin daha sonra ABŞ və Rusiyanın bu regionla bağlı razılığa gəldiyini bildirən Çavuşoğlu razılaşmalara görə, bir tərəfdə müxalifət, digər tərəfdə iqtidar olduğunu deyib.

XİN başçısı, “İranda sabitliyin pozulması kimsənin xeyrinə deyil, ABŞ-ın da xeyrinə deyil”, – deyə bildirib.

Nazir ABŞ Konqresində F-35 döyüş təyyarəsinin satışı ilə bağlı gərginliyə “Tramp bu barədə lazımi addımlar atacağını prezidentimizə deyib” sözlərilə aydınlıq gətirib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar