A24 Xeber

Çavuşoğlu və Pompeo amerikalı rahibə görə bu gün Sinqapurda görüşür

Çavuşoğlu və Pompeo amerikalı rahibə görə bu gün Sinqapurda görüşür
29
03 Avqust 2018 - 8:25

Bu gün Sinqapurda Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Mayk Pompeo arasında ikitərəfli görüş keçiriləcək.

“A24.az”ın türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, görüş Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində keçiriləcək.

Görüş zamanı tərəflər amerikalı rahib Endryu Kreyq Bransonun həbsi məsələsini müzakirə edəcəklər.

Qeyd edək ki, ABŞ Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edib.

Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, həmin nazirlər Türkiyədə amerikalı rahib Endryu Bransonun həbsində aparıcı rol oynayıblar.

Xatırladaq ki, daha öncə ABŞ Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmadığı halda ölkəyə qarşı sanksiyalar tətbiq edə biləcəyini bəyan edib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00