Çavuşoğludan sülh MESAJİ: "Türkiyə Yunanıstanla..."

Çavuşoğludan sülh MESAJİ: “Türkiyə Yunanıstanla…”
Want create site? Find Free WordPress Themes and plugins.

İki ölkə arasındakı fikir ayrılıqlarına baxmayaraq Türkiyə Yunanıstanla dialoqun tərəfdarıdır.

A24.Az Trend-ə istinadən xəbər verir ki, bunu İzmirdə Yunanıstan baş konsulluğunun açılışı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Türkiyə və Yunanıstan regionun aparıcı ölkələridir:

“Biz böyük sivilizasiyaları təmsil edirik. Sirr deyil ki, aramızda bəzən anlaşılmazlıqlar olur, bir sıra fikir ayrılıqları mövcuddur. Biz bu məsələdən çıxış yolunu Yunanıstanla dialoqda görürük”.

Öz növbəsində Yunanıstanın xarici işlər naziri Nikos Kotzias qeyd edib ki, 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı Yunanıstan Türkiyənin yanında olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar