A24 Xeber

Çayda avtomobilin içində köməksiz qalan 4 nəfər xilas edilib

Çayda avtomobilin içində köməksiz qalan 4 nəfər xilas edilib
30
02 İyun 2018 - 23:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Şamaxı rayonu, Ağsuçay çayının Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində 4 nəfər UAZ markalı minik avtomobilinin içərisində köməksiz vəziyyətdə qalıb.

A24.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar vətəndaşların xilas olunmasını təmin ediblər və əməliyyat başa çatıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00