A24 Xeber

Çaydan gənc qadın meyiti tapıldı

Çaydan gənc qadın meyiti tapıldı
589
11 Mart 2017 - 21:55

Qaxda çaydan naməlum qadın meyiti tapılıb.

A24.Az xəbər verir ki, bu gün saat 16 radələrində rayonun Əlibəyli kəndinə gedən yolun yaxınlığından axan çaydan 20-25 yaşlarında olan naməlum qadın meyiti tapılıb. Tapılan meyit ekspertiza olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə verilib.

Hazırda Qax rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları qadının şəxsiyyətinin müəyyənləşdirilməsi və hansı şəraitdə ölməsi istiqamətində araşdırmalar aparır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00