"Cəbhədə vəziyyət hətta ötən dəfədəkindən də pis olacaq" - Polkovnikdən SENSASİON AÇIQLAMA

“Cəbhədə vəziyyət hətta ötən dəfədəkindən də pis olacaq” – Polkovnikdən SENSASİON AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Son 1 həftədir ki, cəbhədə gərgin anlar yaşanır. Ermənistan Silahlı Qüvvələrinin təşkil etdiyi hücum nəticəsində hər iki tərəfdən itkilər oldu. Buna qarşılıq olaraq ordumuz düşmən tərəfə cavab zərbələri endirdi. Ancaq erməni mətbuatı itkiləri hələ də gizli saxlayır. Təmas xəttində isə gərginlik davam etməkdədir.

Müdafiə nazirliyinin bu gün yaydığı məlumata görə, gecə cəbhədə atəşkəs rejiminin ümumilikdə 265 dəfə pozulub: “Bu son aylar ərzində qeydə alınan ən yüksək rəqəmdir”.

Ön xətdə baş verən gərginlik nə vaxta kimi davam edəcək? Gərginliyin irimiqyaslı döyüşlərə çevriləcəyi gözləniləndirmi?

Bu sualları A24.Az-a hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov şərh edib.

Şair Ramaldanov
Şair Ramaldanov

Hərbi ekspertin sözlərinə görə, cəbhədəki gərgin vəziyyətin əsas səbəbi Ermənistanda olan siyasi vəziyyətlə bağlıdır:

“Bu gərginlik ondan başladı ki, Ermənistan dövlətinin rəhbər şəxsləri- başda prezidentləri olmaqla danışıqlara getməkdən yayındılar. İkinci səbəb isə son aylarda onlar cəbhə bölgəsinə mütəmadi getməyə başladılar. Onlar cəbhəyə çay içməyə, oturmağa getmirdilər, gedib konkret tapşırıqlar qoyurdular. Sarkisyandan sonra onların müdafiə naziri, baş qərargah rəsmiləri ard-arda ön xəttə getməyə başladılar. Bunların gedişindən sonra təxribat diversiya qruplarının cəbhə bölgəsində fəaliyyətləri daha da aktivləşdi. Bunun nəticəsi olaraq Ermənistan tərəfi ay ərzində təxribat xarakterli hücumlar təşkil etmişdi ki, bu da hər iki tərəfin itkilərinə səbəb oldu. Video materiallarda da var idi ki, bizim ordumuz onların diversiya qruplarının qarşısını necə alır. Onlar cəbhədə bir çox istiqamətlərdə belə təxribatlara əl atmışdılar ki, aprel hadisələrindənə sonra cəmiyyət qarşısında verməli olduqları öhdəlikləri yerinə yetirsinlər. Yəni aprel hadisələrindən sonra bizə cavab vermək üçün ərazi işğal etmək istəyirdilər. Ümumiyyətlə, erməni rəsmilərinin aprel hadisələrindən sonra mətbuata açıqlamalarından da görünürdü ki, bunların beyinlərində “qırmızı xətt”lə yalnız bir fikir var, o da aprel döyüşlərinin heyfini çıxmaq”.

“Son aylarda cəbhədəki gərginliyə gəlincə, hələ bilmirik, bəlkə bundan sonra vəziyyət orda daha da qızğın oldu? Biz bunu da gözləyirik. Son ayda Ermənistanda siyasi proseslər toqquşmağa başladı. Yəni seçkiqabağı müyyən qüvvələr seçki ilə bağlı iş aparırlar. Sarkiyan hökuməti də seçkilərə belə zəif şəkildə çıxmamışdı. Ermənistanda bu 20 il ərzində bütün hakimiyyət nümayəndələrini hamısı seçkiqabağı Qarabağda gərginlik yaradıblar. İndi də Sarkisyanın hakimiyyətinə növbə çatıb. Burda da həmçinin “Qarabağ”dakı vəziyyətli gərginləşdirirlər. Hər yerdə göstərirlər ki, “Azərbaycan tərəfi hazırlaşır, nə isə etmək istəyir. Buna görə də buna hazır olmalıyıq”.

İçəridə olan daxili gərginliyi bu yolla gizlətmək istəyirlər. Əvvəllər bu yolla cəmiyyətdən hər şeyi gizlədə bilirdilərsə, zaman keçdikcə bu proses çətinləşir. İndi cəmiyyət tələb edir ki, ya bu məsələni qurtarın, ya da övladlarımızı geri qaytarın, öz vətənimiz də xidmət etsinlər. Əgər öləcəklərsə də, Ermənistan Respublikasının torpağında ölsünlər. Artıq Ermənistan cəmiyyətində də bilirlər ki, o hökumət işğalçıdır. Niyə işğalçıdır? Çünki heç bir dövlət qondarma “DQR”i müstəqil dövlət kimi tanımır. Heç Ermənistan özü də tanımır. Son referendum keçirildi, yenə də tanımadılar. Çünki beynəlxalq normalar var və onların bu hərəkətləri bu normalara sığmır. Bunu cəmiyyət də bilir. Ona görə də son zamanlar həddindən çox bundan istifadə olunur və müxalif qüvvələr çıxıb müraciət edirlər ki, “Qarabağ” bizim torpağımız deyil. Bizim torpağımız deyilsə, və biz onu müstəqil dövlət kimi tanıya bilmiriksə və ya heç bir dövlət onu bu 20 il ərzində tanıya bilməyibsə, bizim əsgərlər orda niyə ölməlidir? Bu səbəbdən də cəbhədə gərginlik yaradıb, cəmiyyətlərini aldatmaqla məşğuldurlar”, – deyə polkovnik əlavə edib.

Polkovnik Ramaldanov bildirib ki, Ermənistan tərəfi itkilərini gizlətməyə məcburdur:

“Çünki “Qarabağ”da hər bir itki Ermənistan cəmiyyətində çox böyük əks-səda doğurur. Son zamanlar fikir vermisizsə, keçmiş müdafiə naziri Seyran Ohanyan müxalifət nümayəndəsi olaraq müraciət edib ki, “Qarabağ” məsələsini həll etmək lazımdır. Bu məsələdə udan tərəf yoxdur və olmayacaq.  Ermənistan bu məsələdən heç nə qazana bilmədi. 20 il ərzində nə Qarabağın özünü qaldıra bilmədi (Qarabağ çox gözəl, gülüstan bir ərazi idi. İndi orda bütün infrastruktur dağıdılıb. Orda heç kim yaşamaq istəmir. Yaşayanlar da qaçıb gedir. Ora heç bir investisiya qoyulmur. Ona görə də orda heç bir inkişaf yoxdur), nə də başqa bir şey. Ermənistan hökuməti bu iqtisadi böhran dövründə məcburdur ki, “Qarabağ”a yardım ayırsın. Bu da erməni xalqının sosial rifahına mənfi təsir göstərəcək amillərdəndir. Bundan başqa dünən Ter Petrosyan da açıqlamalar verirdi ki, bu məsələni artıq həll etmək lazımdır:

“Azərbaycan tərəfinin təkliflərini bir daha nəzardən keçirmək lazımdır. Müəyyən bir kompromislərə getmək lazımdır. Biz iki qonşu xalq həmişə bir yerdə yaşamışıq, bu gündən sonra da bir yerdə yaşayacayıq. Əsas bunu nəzərə almaq lazımdır”. Bu sözlər özü də seçkiqabağı siyasi oyundur. Biz Ohanyanın və Petrosyanın heç bir səmimiyyətinə inanmırıq. Onların dövründə də biz “Qarabağ”da olan vəziyyəti görmüşük. Bu, sadəcə onlar tərəfindən həyata keçirilən siyasi addımlardır”.

Hərbi ekspert keçiriləcək “referendum” ərəfəsində onların yenə təxribata əl atacaqlarına da diqqət çəkdi:

“Təxribatalara əl atacaqlarını gözləyirik. Nəinki 24-25-də cəbhədə yaşanan gərginlik, hətta ondan pis vəziyyət ola bilər. Çünki biz birincisi, müharibə şəraitindətik. İkincisi isə biz tarixdən də görümüşük ki, hakimiyyət rəsmiləri görürsə ki, onlar bu postu itirəcəklər müharibə və ya gərginlik fikri yayındırmağa çalışacaqlar. Çox güman ki, Ermənistan tərəfi “Qarabağ”da vəziyyəti daha da pisləşdirməyə çalışacaq. Süni şəkildə bu işi görə bilərlər. Əlbəttə, Azərbaycan buna adekvat cavab addımları atmalı olacaq. Ola bilsin ki, seçkiqabağı belə bir təxribata da əl atsınlar. Belə hal həmişə, tarixdə də olub. “İsgəndər” raketi ilə Azərbaycanı hədələmələri, erməni rəsmilərinin pafoslu çıxışları bir daha göstərir ki, onlar seçkiqabağı “Qarabağ” faktorundan öz xeyirlərinə istifadə etməyə çalışacaqlar”.

Prezident İlham Əliyev
Prezident İlham Əliyev

“Bütün bunlara baxmayaraq, demək istərdim ki, Azərbaycan ordusu istənilən halda bütün hücumların qarşısı ala biləcək gücdədir. Ali baş komandan, eləcə də Müdafiə naziri hər dəfə Ermənistana xəbərdarlıq edir. Prezident, Ali Baş Komandan İlham Əliyev özü şəxsən onları xəbərdar edib ki, əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Bu ismarıc o deməkdir ki, gələcəkdə orda xidmət edəcək erməni əsgərlərini nə gözləyir. Bu ismarıc onların valideynləri, cəmiyyəti üçündür. Bu gün ən müasir silah ilə silahlanan Azərbaycan öz gücünü göstərməli olsa, əlbəttə erməni tərəfi həddindən artıq, qat-qat itkilər verəcək, orda olan qüvvələri darmadağın olacaq. Müdafiə naziri Zakir Həsənov da öz çıxışında demişdi ki, düşmən tərəfindən hər bir təzyiq bir neçə qat təzyiqlə cavablandırılacaq. Onların təxribatlarının qarşısını almaq üçün biz öz gücümüzü göstərəcəyik. Dünən Müdafiə Nazirliyinin yayımladığı video materiallar da onu göstərir ki, onların hər hansı bir aktivliyinə Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqincə cavab verilir. Dünən komanda məntəqəsi partladıldı, çünki orda aktivlik var idi. Azərbaycan ordusu qabaqlayıcı addımlar ataraq, bir daha Ermənistan cəmiyyətinə göstərir ki, qoy onlar öz hakimiyyətlərindən tələblərini daha da gücləndirsinlər. Və bu məsələ sülh yolu ilə həll olunmazsa, belə itkilərə məruz qalacaqlar. Azərbaycan artıq düşmənə sarsıdıcı cavab zərbəsi verməklə yeni bir fazaya keçib. Biz döyüşlərdə şəhid olan hərbiçilərimizin qanını yerdə qoymayacağıq. Onlar hələ qat-qat bu şəhidlərimizin qisasını öz üzərlərində hiss edəcəklər”, – deyə Ş.Ramaldanov əlavə edib.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar