A24 Xeber

Cəlilabadda qadın qaynı tərəfindən bıçaqlandı

Cəlilabadda qadın qaynı tərəfindən bıçaqlandı
41
08 May 2018 - 21:44

 Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, şəhərin H.Aslanov küçəsində yaşayan 1965-ci il təvəllüdlü Əliyeva Səmayə ürək nahiyəsindən bıçaqlanıb.

Yaralı dərhal “təcili yardım” maşını ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadına ilkin tibbi yardım göstərilib.

Məlumata görə, onu qaynı bıçaqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00