Çempionlar Liqası: "Bavariya" öz meydanında "Real"a məğlub oldu

Çempionlar Liqası: “Bavariya” öz meydanında “Real”a məğlub oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir ilk görüşü keçirilib.

A24.Az “Report”a istinadən xəbər verir ki, Almaniyada “Bavariya” klubu İspaniya “Real Madrid”ini qəbul edib.

Münhendəki “Alyans Arena”da təşkil olunmuş qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gəliblər.

Hərçənd, hesabı 28-ci dəqiqədə “Bavariya”nın futbolçusu Coşua Kimmix açıb. Lakin 8-ci dəqiqədə Aryen Robben, 34-cü dəqiqədə isə Jerom Boatenqin zədələnərək, əvəzlənmələri almaniyalıların oyununa təsirsiz ötüşməyib. Nəticədə “Real Madrid” 44-cü dəqiqədə Marselo, 57-ci dəqiqədə isə Marko Asensionun qolları ilə əzmkar qələbəyə nail olub.

Cavab matçı mayın 1-də Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Qeyd edək ki, ilk yarımfinal görüşündə “Liverpul” İngiltərədə İtaliya “Roma”sını darmadağın edib – 5:2. Bu komandalar arasındakı cavab oyunu isə mayın 2-də “Olimpiko” stadionunda olacaq.

Çempionlar Liqası, yarımfinal, ilk oyun

25 aprel

22:45. “Bavariya” (Almaniya) – “Real Madrid” (İspaniya) – 1:2

Qollar: Coşua Kimmix, 28 – Marselo, 44. Marko Asensio, 57

Baş hakim: Byörn Keypers (Hollandiya)

Digər ilk yarımfinal görüşündə “Liverpul” İngiltərədə İtaliya “Roma”sını darmadağın edib – 5:2.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar