Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunları keçirilib

Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunları keçirilib
Want create site? Find Free WordPress Themes and plugins.

Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir.

Bu gün mərhələnin ilk görüşləri çərçivəsində daha iki oyunu keçirilib.

İngiltərə təmsilçiləri “Liverpul” və “Mançester Siti” “Enfild Roud”da münasibətlərinə aydınlıq gətiriblər. İlk 30 dəqiqədə 3 qol vuran meydan sahibləri asan qələbə qazanıblar. Salah, Oksleyd-Çemberleyn və Mane qələbəni təmin edən qollara imza atıblar.

Digər görüşdə “Barselona” “Roma”nı qəbul edib. İtaliya klublarına qarşı keçirdiyi son 12 ev oyununda uduzmayan kataloniyalılar bu dəfə də ənənəyə sadiq qalıblar. 4 qol vuran “Barselona” qarşısında “Roma”nın gücü təsəlli qoluna çatıb.

 Çempionlar Liqası

1/4 final (ilk oyunlar)

4 aprel

“Liverpul” (İngiltərə) – “Mançester Siti” (İngiltərə) – 3:0

Qollar: Salah, 12, Oksleyd-Çemberleyn, 21, Mane, 31

“Barselona” (İspaniya) – “Roma” (İtaliya) – 4:1

Qollar: De Rossi, 38 (avtoqol), Manolas, 55 (avtoqol), Pike, 59, Luis Suarez, 87 – Ceko, 80

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar