A24 Xeber

Çempionlar Liqasında həftənin ən yaxşıları

Çempionlar Liqasında həftənin ən yaxşıları
572
17 Mart 2017 - 21:20

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu həftə keçirilən oyunların ən yaxşı futbolçusu müəyyənləşib.

A24.Az Apasport.az-a istinadən xəbər verir ki,  bu ada “Lester”in qapıçısı Kasper Şmeyxel layiq görülüb.

Ali futbol qurumunun azarkeşlərlə apardığı sorğunun nəticəsinə görə, “Sevilya” ilə cavab qarşılaşmasında penalti dəf edən danimarkalı qolkiper respondentlərin 36% səsini toplayıb. Onu müvafiq olaraq “Atletiko”lu həmkarı Yan Oblak (31%), “Monako”nun hücumçusu Kilian Mbappe (18%) və “Yuventus”un ön xətt oyunçusu Paulo Dibala (16%) izləyiblər.

Qeyd edək ki, “Sevilya”nı mübarizədən kənarlaşdıran “Lester” 1/4 final mərhələsində “Atletiko”ya rəqib olub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00