A24 Xeber

Cenevrədə restoranda partlayış: 15 nəfər xəsarət aldı

Cenevrədə restoranda partlayış: 15 nəfər xəsarət aldı
27
08 Aprel 2018 - 3:46

 İsveçrənin Cenevrə şəhərindəki restoranlardan birində qaz balonunun partlaması nəticəsində 15 nəfər xəsarət alıb.

Bu barədə “Blick” nəşrinə istinadən RİA “Novosti” məlumat yayıb.

Bildirilir ki, hadisə şənbə günü günorta saat 12 radələrində baş verib. Xəsarət alanlar restoran müştəriləri və əməkdaşları olublar. Partlayışın gücündən binanın şüşələri qırılıb.

Hadisə nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə hadisə yerində tibb yardım göstərilib.

Ehtimal edilir ki, partlayan balon qənnadı məmulatlarının karamelləşdirilməsi üçün istifadə olnub. Partlayışın səbəbləri araşdırılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00