A24 Xeber

Cenk Tosun İngiltərənin ən yaxşılarından ola bilər

Cenk Tosun İngiltərənin ən yaxşılarından ola bilər
32
06 Aprel 2018 - 9:44

Cenk Tosun İngiltərədə “ayın futbolçusu” nominasiyası üçün namizəd seçilib.

A24.Az xəbər verir ki, Tosun qalib gələrsə İngiltərə premyer liqasında mart ayının ən yaxşı oyunçusu ola bilər.

Səsvermə premyer liqanın rəsmi saytında aparılır.

Mart ayında 4 matça 4 qol vuran Cenklə yanaşı, “Tottenhem”in oyunçusu Son Xin Min, “Mançester Yunayted”in futbolçusu Romeleu Lukaku, “Liverpul”un hücumçusu Məhəmməd Salah, “Mançester Siti”nin yarımmüdafiəçisi David Silva və “Börnli”dən Kris Vudda sözügedən nominasiyaya namizəddir.

Nəticələr isə aprelin 13-də açıqlanacaq.

Nərmin Kərim, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00