Cənub Qaz Dəhlizi ancaq borcumuzu ödəyəcək, gəlir yoxdur - Natiq Cəfərli

Cənub Qaz Dəhlizi ancaq borcumuzu ödəyəcək, gəlir yoxdur – Natiq Cəfərli
Want create site? Find Free WordPress Themes and plugins.

Böyük yatırımlar edilən və külli miqdarda gəlirlər gətirəcəyi gözlənilən Cənub Qaz Dəhlizi layihəsində,  ilk qazın 2018-ci ilin sonlarına doğru Gürcüstan və Türkiyəyə təchiz ediləcəyi bildirilir.

Hətta bir neçə gün bundan öncə ölkə başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında  sözügedən layihədən danışıb.

“Biz Cənub Qaz Dəhlizini vaxtında təhvil verməliyik, bunu edəcəyik. Bütün maliyyə resursları təmin edilib, həm Azərbaycan, həm beynəlxalq banklar tərəfindən. Müəyyən yubanmalar olub, onlar da aradan götürüldü. Çünki Cənub Qaz Dəhlizi həm bizim , həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz liderlik missiyasını uğurla icra edir. Biz bu tarixi layihəni – 7 ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçiririk. “Şahdəniz-2” layihəsindən yaxın zamanlarda qaz çıxarılacaq. Onu da deməliyəm ki, Cənub Qaz Dəhlizi, yəni, qaz kəməri artıq qazla təmin edilir. Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır”, – deyə ölkə başçısı çıxışında vurğulayıb.

Sözsüz ki, böyük yatrımlar edilən layihədən böyük gəlirlər gözlənilir. Bəs görəsən, layihə gözləntiləri doğruldacaqmı?

Məsələ ilə bağlı suallarımızı iqtisadçı Natiq Cəfərli cavablandırdı. Bildirdi ki, layihədən neft gəlirlərinə bərabər gəlirlər gözləmək əbəsdir.

“Bu layihənin gəliri neft gəlirlərindən qat-qat az olacaq. Ən pis tərəfi də budur ki, bu layihəni həyata keçirmək üçün külli miqdarda kreditlər götürülüb. Bu borcların qaytarılmasının intensiv dönəmi də 2020-ci ildən sonrakı dövürə düşür. Əgər bir neçə ilə gəlirlər gəlməyə başlasa belə  bunlar  maliyyə borclarını qaytarmağa sərf olunacaq. Təqribən 15-20 il qoyulan vəsaitin geri qaytarılmasına sərf ediləcək. Bunun özü layihənin kifayət qədər gəlir gətirməyəcəyinə işarədir”- deyə Natiq Cəfərli bildirib.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar