A24 Xeber

“Cənub-Qərb” nəqliyyat marşrutu sınaq daşınmasını həyata keçirdi

“Cənub-Qərb” nəqliyyat marşrutu sınaq daşınmasını həyata keçirdi
42
12 May 2018 - 10:29

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Container” İsveçrənin “Hupac Intermodal” şirkəti ilə birgə “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutu ilə Avropadan İrana konteynerlərin sınaq daşınmasını həyata keçirib.

A24.Az xəbər verir ki, bu barədə Trend-ə “ADY Container” şirkətindəki mənbə məlumat verib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, konteyner qatarı Azərbaycan ərazisindən keçməklə Polşanın Slavkov şəhərindən İrana yola salınıb:

“Qatar uğurla İranın Astara şəhərinə çatıb və artıq əks istiqamətdə yola düşüb”.

Mənbə qeyd edib ki, konteyner qatarı Polşa ərazisində 399 kilometr, Ukrayna ərazisində 965 kilometr, Qara dənizdə 1040 kilometr, Gürcüstan ərazisində 396 kilometr, Azərbaycan və İran ərazisində 596 kilometr yol qət edib:

“Ümumilikdə qatar 9 sutka ərzində 3396 kilometr yol qət edib. Konteynerlər GPS sistemi ilə təchiz olunub ki, bu da onların yeri barədə məlumat əldə etməyə imkan verir. “ADY Container” sınaq yürüşünü “Cənub-Qərb” marşrutunda texnologiyaların yoxlanılması və qatarın hərəkət müddətinin təyin olunması üçün həyata keçirib”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00