Cənubi və Şimali Koreya liderləri tarixi sənədi imzaladılar - FOTOLAR

Cənubi və Şimali Koreya liderləri tarixi sənədi imzaladılar – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Koreya Respublikasının prezidenti Mun Çje İn və Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In birgə Bəyannamə imzalayıblar.  

“A24.az” xəbər verir ki, sənəd belə adlanır: “Sülh, inkişaf və Koreya yarımadasının birləşməsi haqqında Pxanmundjom Bəyannaməsi”.

Dövlət başçıları təsdiqləyiblər ki, hər iki ölkənin ümumi məqsədi Koreya yarımadasında denuklearizasiya, yəni nüvə tərksilahı aparmaqdır: “Cənub və Şimal Koreya yarımadasının denuklearizasiyası məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq üçün fəal səylər göstərmək barədə razılığa gəldilər”.

Bəyannamədə deyilir ki, Cənubi Koreya və KXDR bir-birinə qarşı düşmənçilik fəaliyyətlərini dayandırırlar: “Koreya yarımadasında bir daha heç vaxt müharibə olmayacaq, yeni sülh dönəmi başlayıb!”

Ölkələr sərhəd rayonlarında təbliğat məqsədilə istifadə etdikləri bütün fiziki vasitələri ləğv etmək barədə razılığa gəliblər: “Biz istənilən düşmənçilik fəaliyyətindən imtina edirik. Bu, mayın 1-də baş verəcək və təbliğat yayımı vasitələrinin ləğvini, eləcə də demilitarizasiya zonasında vərəqələrin yayılmasının tam dayandırılmasını ehtiva edəcək”.

Hər iki ölkə başçısı daimi əlaqə (o cümlədən, müdafiə nazirləri səviyyəsində) saxlamaq qərarına gəlib. Onlar 1950-53-cü illər Koreya müharibəsindən sonra ayrılmış ailələrin görüşlərinin bərpası haqda razılığa gəliblər: “Cənub və Şimal xalqın parçalanmasından yaranan humanitar problemləri həll edəcəklər. Bu məqsədlə Qırmızı Xaçın xətti ilə dialoq və ayrı düşmüş ailələrin görüşü təmin olunacaq.  Növbəti görüş avqustun 15-də keçiriləcək”.

Tərəflər iki ölkənin dəmir yollarının birləşdirilməsi barədə də razılıq əldə ediblər.

Cənub və Şimal perspektivdə sülh müqaviləsi imzalamaq niyyətindədir: “KXDR və Koreya Respublikası 1953-cü ildən bəri davam edən atəşkəs razılaşmasına son qoyurlar və onu sülh müqaviləsinə transformasiya edəcəklər. Bu məqsədlə Şimali Koreya, Cənubi Koreya və ABŞ üçtərəfli və ya dördtərəfli sammitin keçirilməsini dəstəkləyəcəklər ki, möhkəm sülh bərqərar olsun”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Siyasət, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar