A24 Xeber

Çərşənbəni qeyd edənlərə qeyri-adi cəza kəsiləcək

Çərşənbəni qeyd edənlərə qeyri-adi cəza kəsiləcək
586
17 Mart 2017 - 19:18

İranda Qızıl Çərşənbə küçələrdə tonqal qalayaraq, atəşfəşanlıq və fişəng partladaraq qeyd olunur.

A24.Az BBC-yə istinadən xəbər verir ki, İranın Məşhəd şəhərində Hicri təqvimə görə ilin son çərşənbə gecəsi keçirilən Qızıl Çərşənbə (Çərşənbə Suri) mərasimlərində iştirak edən bəzi iranlılara küçə təmizləmə cəzası verilib.

Ancaq hər il polis və İnqilab Mühafizəçiləri Qızıl Çərşənbədə “ifrata vardıqları” səbəbilə bir çox şəxsi həbs edir.

Məşhəd prokuroru bayramı qeyd etmənin şəhərdə səbəb olduğu ziyanlara görə belə bir cəza verildiyini açıqlayıb.

İranın Tasnim informasiya agentliyi builki şənliklərdə üç nəfərin həyatını itirdiyini, 2 min 351 nəfərin də yaralandığını bildirib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00