A24 Xeber

Çeslav Miloş müzakirə edildi – ƏDƏBİ SÖHBƏT – LAYİHƏ

Çeslav Miloş müzakirə edildi – ƏDƏBİ SÖHBƏT – LAYİHƏ
1. 292
27 Mart 2017 - 12:58

A24.Az xəbər portalı və SİM-SİM.AZ mədəniyyət portalı “Ədəbi söhbət” layihəsini davam etdirir.
Layihədə müəyyən ədəbi mövzu haqqında təhlil, yanaşma xarakterli söhbət aparılır. Şair, esseist Qismət Rüstəmovun təqdimatında yayımlanan layihədə həmsöhbət tanınmış tənqidçi, professor Cavanşir Yusiflidir.

Layihənin bu sayında polyak şair, esseist, Nobel mükafatçısı Çeslav Miloşun yadaıcılığı, həyatı haqqında danışılıb.
Qeyd olunub ki, Çeslav Miloş Səlim Babullaoğlunun bir neçə tərcüməsi istisna olmaqla, Azərbaycanda geniş tərcümə edilmiş, araşdırılmış müəllif deyil.
O üzdən veriliş Çeslav Miloşun bioqrafiyası ilə başlayıb. Ardınca şairin yaşadığı dönəmdə ölkəsində, ətrafında baş verən hadisələr, müəllifin bu hadisələrə reaksiyası, özəllikləri müzakirə olunub.
Qeyd edək ki, Miloş 1980-ci ildə “Dünyanın dağıdıcı münaqişələrində insanın müdafiəsizliyini cəsarətli uzaqgörənliklə göstərdiyinə görə” ali ədəbiyyat mükafatına – Nobel mükafatına layiq görülüb.
“Ədəbi söhbət” layihəsinin təlatümlü həyat yaşamış şair Ç.Miloşa həsr olunmuş sayını təqdim edirik.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00