A24 Xeber

Çexiyada zəhərli maddə sızdı – zəhərlənənlər var

Çexiyada zəhərli maddə sızdı – zəhərlənənlər var
26
26 Aprel 2018 - 14:38

Çexiyanın şimal-qərbindəki Deçin şəhərində kimya müəssisələrinin birində fenol toksik maddəsinin sızması baş verib.

“A24.az”ın məlumatına görə, fenol toksik maddəsinin sızması nəticəsində 20 nəfər xəsarət alıb. Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Sızmanın fəsadlarının aradan qaldırılması üçün xilasetmə briqadaları cəlb edilib.

Qəzanın necə baş verməsi hələ məlum deyil.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00