A24 Xeber

Çiçəklərin açması ilə gələn kabus – Yaz allergiyasının qarşısını necə almalı?

Çiçəklərin açması ilə gələn kabus – Yaz allergiyasının qarşısını necə almalı?
1. 300
09 Mart 2017 - 16:14

Baharın gəlişi ilə allergik xəstəliklər üçün yeni qapı açılır. Torpağın oyanması, ağacların çiçəklənməsi çoxları üçün xoş olsa da, yazın gəlişi allergiyadan əziyyət çəkənlərin kabusuna çevrilir.

Allergiya orqanizmin ətraf mühitdəki bəzi faktorlara qarşı həddən artıq hissiyyatlı olmasıdır.

Dünyada hər 4 insandan birində allergik xəstəliklərə rast gəlinir. Bu cür xəstəliklər müxtəlif cürdür. İnsanların daha çox narahat olduğu allergiya isə yaz allergiyası adlanır. Bir çox xroniki xəstəliklərin arxasında allergiya dayanır. Əhali arasında daha geniş yayılmış bronxial astma birbaşa allergiya ilə əlaqələndirilir.

Картинки по запросу bahar çiçekler polen

Yaz allergiyası nədir?

Yaz allergiyasına tibbi dildə “pollinoz” deyilir. “Polli” latın dilindən tərcümədə tozcuq mənasını verir. Yaz fəslində yaranan allergiyanın əsas səbəbi bitki və ağaclarda çiçəkləmə prosesinin başlanmasıdır. Adətən  aprel ayında çiçəklənmə prosesi baş verir. Xəstəliyin pik nöqtəsi də bu aya düşür.

Pollinoz yay ayılarında-inciçiçəyinin, yovşanın, lavandanın və başqa bitkilərin çiçəklənməsi vaxtı da müşahidə edilə bilər.

Yaz allergiyasının əlamətləri

Yazın gəlməsi ilə birlikdə allergiyaya genetik olaraq məruz qalan orqanizmlərdə burun axıntısı, burun tutulması, gözlərdə yanma, sulanma, qulaqlarda qaşıntı, halsızlıq, üşümə və baş ağrısı olur. Bəzən bu hallar soyuqdəymə ilə qarşılaşdırılır. İmmunitetin zəifləməsiylə baş qaldıran xəstəliklər və allergik xəstəliklərin ağırlaşmasının qarşısını almaq üçün ilk növbədə həkimlərə müraciət etmək məsləhət görülür.

Картинки по запросу yaz alerji

Həkim-allerqoloq Ləman Cəfərova A24.Az-a açıqlamasında bildirdi ki, yaz allergiyasından əziyyət çəkənlər ilk növbədə yaz çiçəklərindən uzaq durmalıdır.

“Xəstələr polenlərin tənəffüslə, dəri ilə təmasını önləmək üçün səhər saat 10-dan axsam 17-00-dək maksimal dərəcədə açıq havada olmamalıdırlar. Həmin vaxt ərzində tozcuqlar  içəri daxil olmasın deyə evin pəncərələrini çox açıb havalandırmaq məsləhət görülmür. Evə gələndə üst paltarlar dərhal çıxarılmalı, yuyulmalıdır. Saçlarda, dəridə olan tozcuqları isə ancaq yuyunmaqla təmizləmək mümkündür”.

Həkim-allerqoloq Ləman Cəfərova

Həkim-allerqoloq Ləman Cəfərova

Allergik xəstəliklərin yaş həddi olmur. Hər yaşda bu bəlaya düçar olmaq mümkündür.

Yazın gəlməyinə ən çox uşaqlar sevinirlər. Günəşdə daha çox oynamaq, açıq havada daha çox vaxt keçirməyə can atırlar. Bəs uşaqlarda yaz allergiyasının simptomlarını necə aradan qaldırmaq olar?

Картинки по запросу bahar allerjik

Həkim-allerqoloq qeyd edir ki, uşaqları da yaz allergiyasının ağır fəsadlarından qorunmaq üçün eyni qaydada, onlara səhər saat 10-17 arası  bayırda vaxt keçirmək məsləhət görülmür.

Allergik xəsətəliklərin qarşısını tamamilə almaq üçün tibbdə hər hansı bir vasitə yoxdur.

L.Cəfərova bildirir ki, allergik xəstəliklərdə həkimlər kimyəvi tərkibli preparatlardan istifadə edir. “O da əmələ gəlməsin deyə yox, önləmək, şikayətlərin qarşısını almaq üçündür”.

Təbii vasitələrdən istifadə etməklə allergik xəstəlikləri önləmək olarmı?

Həkim-mütəxəssisin dediyinə görə, tibbi praktikada allergiyanın yaranmaması üçün təsdiqlənmiş elə bir vasitə yoxdur. “Müalicə sxemini qurarkən ilk növbədə şəxsin nəyə allergiyasının olduğunu müəyyən etmək lazımdır  ki,  həmin şeydən uzaqlaşsın. Simptomlar varsa, uzaqlaşdıra bilmiriksə, dərman preparatlarından istifadə edirik. Dünya təcrübəsində peyvəndlə müalicə üsulu var. Biz xəstələrə  müəyyən dozada peyvənd vururuq ki, orqanizmdə  allergenlərə qarşı müqavimət yaransın”.

Vüsalə Əlövsətqızı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00