Çin liderindən Vaşinqtona MESAJ - Hərbi paltarını geyinib ABŞ-a gözdağı verdi - VİDEO

Çin liderindən Vaşinqtona MESAJ – Hərbi paltarını geyinib ABŞ-a gözdağı verdi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Çinin nəhəng ordusu Cənub Çin Dənizində hərbi gücünü nümayiş etdirib.

“A24.az” xəbər verir ki, böyük donanma dəniz sularında hərbi təlim gerçəkləşdirərək bir növ ABŞ-a mesaj göndərib. Çin lideri Xi Jinping isə təlimə hərbi geyimdə qatılıb.

Suriyada ABŞ-Rusiya gərginliyinin yaşandığı bir vaxtda Cənub Çin Dənizində Çin nəhəg hərbi təlimə başlayıb. 3 gün davam edəcək təlimlərdə Çin ABŞ-a gözdağı verəcək. Çünki ABŞ-Çin gərginliyinin tez-tez yaşandığı bölgə olan Cənub Çin Dənizində həyata keçirilən hərbi təlim Vaşinqtona mesaj olaraq şərh edilib.

Çinin nəhəng donanması bölgədə keçirilən hərbi təlimə bütünlükdə qatılıb. Çoxlu sayda destoryer,  hərbi gəmi və kreyserin yer aldığı dəniz sularında keçirilən tətbiqat Çin lideri Xi Jinpingin iştirak etməsiylə daha da səs-küyə səbəb olub.

Ötən ay “Yeni Mao” elan edilən Xi Jinping təlimdə hərbi geyimdə iştirak edib və təlimi şəxsən özü idarə edib. Çin liderinin hərbi paltardakı geyimi isə ABŞ-a gözdağı olaraq şərh edilib.

Həmçinin Çinin milyard dollar xərcləyərək ortaya çıxardığı yeni nəsil döyüş sursatları də təlimlərdə yerini alıb. Adətən “müharibənin sınağı” kimi göstərilən təlim bölgənin güc nümayişi olaraq dəyərləndirilib.

Qeyd edək ki, ABŞ və Çinə aid hərbi gəmilərin tez-tez üz-üzə gəldiyi və dünyanın ən əhəmiyyətli dəniz yolu olan beynəlxalq sularda Çin başda olmaqla sahildə yerləşən ölkələrdən Filippin, Vyentnam, Malayziya, Bruney və Tayvanın da haqqı var.

Çin 1947-ci ildə yaydığı xəritə ilə mübahisələrin yaşandığı bölgənin təqribən 80 faizinə haqqı çatdığını iddia edib. Pekinin mübahisəli sularda inşa etdiyi süni adalarda quraşdırdığı hərbi bazaların silahlandırılması ilə bağlı iddialar bölgədəki ölkələrlə arasında gərginliyə səbəb olur.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar