Çin prezidentinin ömürlük iqtidarda qalmasına icazə verildi

Çin prezidentinin ömürlük iqtidarda qalmasına icazə verildi
Want create site? Find Free WordPress Themes and plugins.

Ümumçin Xalq Nümayəndələri Məclisinin deputatları ölkə Konstitusiyasına ÇXR-ın sədrinin vəzifəsində qalmasına məhdudiyyətləri ləğv edən düzəlişlərin edilməsini təsdiq ediblər.

“A24.az”ın verdiyi xəbərə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Sözügedən düzəlişlər fevral ayının sonunda Çin Kommunist Partiyası tərəfindən təklif olunub.

Beləliklə, bundan sonra Çin Xalq Respublikasının sədri və onun müavini heç bir məhdudiyyət olmadan dövlət başçısı vəzifəsinə seçilə bilərlər.

Xatırladaq ki, bugünədək onlar öz vəzifəsinə yalnız iki dəfə beşillik müddətə seçilə bilərdilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar