A24 Xeber

Çində 400 min insan təxliyə edildi – Səbəbi?

Çində 400 min insan təxliyə edildi – Səbəbi?
27
22 İyul 2018 - 15:27

Çin hakimiyyəti güclü külək və leysan yağışla müşayiət olunan “Ampil” tayfunu ilə əlaqadar  Şanxayda, Çjetsyan və Tzyansu əyalətlərində 387 mindən çox insan təxliyə edib.

“A24.az”ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Tayfunun mərkəzində küləyin sürəti saatda 100 kilometrə çatır. “Ampil” tayfunu yerli vaxtla saat 12:30 radələrində Şanxay yaxınlığındakı Çunmin adası sahillərinə çatıb. Tayfun şimal-qərb istiqamətində materikin dərinliklərinə doğru hərəkət edir və günorta saatlarında Şandun əyalətinə çatacaq.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00