A24 Xeber

Çindən Trumpın “ticarət müharibəsi”nə sillə kimi CAVAB

Çindən Trumpın “ticarət müharibəsi”nə sillə kimi CAVAB
82
06 Mart 2018 - 16:42

ABŞ prezidenti Donald Trampın ticarət müharibəsi ilə bağlı açıqlamasına Çindən cavab gəlib.

A24.Az BBC-yə istinadən xəbər verir ki, Çin Xalq Konqresinin sözçüsü Zhang Yesui, ABŞ ilə ticarət müharibəsi aparmaq istəmədiklərini, ancaq iqtisadiyyatları zərər görərsə, əl qolu bağlı şəkildə oturmayacaqlarını söyləyib.

ABŞ prezidenti Tramp “çox axmaq olan ticarət müqavilələri və siyasətləri” səbəbiylə ABŞ-ın illik 800 milyard dollar büdcə kəsiri verdiyini və bu səbəbdən də buna bir son vermək lazım olduğunu bildirmişdi. Daha sonra isə polad idxalına 25 faiz, alüminium idxalına 10 faiz əlavə gömrük vergisi gətirəcəyini açıqlamışdı. Sonra isə Trump, sosial media üzərindən “Ticarət müharibələri yaxşıdır” şərhini verib: “Bir ölkə (ABŞ) başqa ölkələrlə ticarət edərkən milyardlarla dollar itirirsə, ticarət müharibələri yaxşıdır və qazanmaq asandır. Məsələn, bir ölkəyə görə 100 milyard dollar itirsək və onlar da şirinlik edərsə, o zaman artıq ticarət etmirik və daha çox qazana bilərik. Bu çox asandır”.

Zhang Yesui isə açıqlamasında Çinin iqtisadi maraqlarının zərər görəcəyi təqdirdə müəyyən tədbirlər həyata keçirəcəklərini deyib: “Çin-ABŞ ticarət əlaqələri özündə ümumi maraqlara və qazanmaq-qazanmaq əsasına söykənir. ABŞ və Çin arasında ötən il ticarət dövriyyəsinin 580 milyard dollar olması səbəbindən, bəzi münaqişələrin olması təbiidir”.

Kanada və Avropa Birliyi reaksiya göstərərək Donald Trampın qərarına qarşı tədbirlər görəcəklərini bildirib. ABŞ-ın ticarət tərəfdaşları Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Ticarət Təşkilatı (DTT) bu təşəbbüsü pisləyib.

Orxan Aslanlı / A24.az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00