A24 Xeber

Çinin bu smartfon şirkəti “Apple”ı telefon satışında ÜSTƏLƏDİ

Çinin bu smartfon şirkəti “Apple”ı telefon satışında ÜSTƏLƏDİ
61
02 Avqust 2018 - 20:03

“Canalys” analitik firmasının məlumatına görə, Çinin “Huawei Technologies” şirkəti 2018-ci ilin ikinci rübündə smartfonların satış həcminə görə “Apple”ı geridə qoyaraq ikinci olub.

A24.Az “ria.ru” saytına istinadən yazır ki, cari ilin ikinci rübündə “Huawei” şirkəti 54 milyon telefon satıb ki, bu da ötən illə müqayisədə 41% daha yüksək göstəricidir. Şirkət “Huawei P20” adlı qabaqcıl smartfonunun populyarlığı sayəsində belə nəticə əldə edib.

Digər səbəb kimi şirkətin strategiyasında edilmiş dəyişiklik, xarici bazarlara çıxışı qeyd etmək olar.

2018-ci ilin ikinci rübündə “Samsung Electronics” şirkəti 73 milyon telefon satıb ki, bu da 2017-ci illə müqayisədə 8% azdır. “Apple” ikinci rübdə 41 milyon smartfon sataraq reytinqdə üçüncü yeri tutub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00