Çinli alimlər elə bir şey kəşfv etdi ki...

Çinli alimlər elə bir şey kəşfv etdi ki…
Want create site? Find Free WordPress Themes and plugins.

Çin alimləri dəniz suyunda qısa vaxtda parçalana bilən plastika növü hazırlayıblar. Yeni texnologiya okeanın plastik tullantılarla çirklənməsi ilə bağlı yaranan problemləri aradan qaldırmağa imkan verəcək.

A24.Az AZƏRTAC-a istinadən bildirir ki, Çin Elmlər Akademiyası Fizika və Kimya İnstitutunun alimləri tərəfindən müvəffəqiyyətlə sintezləşdirilmiş qabaqcıl poliefirlər suda həllolma və mikroorqanizmlərin parçalanma qabiliyyətini özündə birləşdirir.

İnstitutun mühəndisi Van Qes bildirib ki, dənizə düşən bu plastika növü yüz gün ərzində tamamilə parçalanır və son nəticədə ekoloji təhlükəsizliyə problem yaradan makromolekulyar maddələrə çevrilmir.

Mütəxəssislərin fikrincə, bu material gələcəkdə bir çox sahələrdə adi plastikanı əvəz edə bilər.

Qeyd edək ki, okeanın plastik tullantılarla çirklənməsi ictimaiyyətin diqqətini cəlb edir. Araşdırmalara görə, hər il okeana 4,8-12,7 milyon ton plastik tullantı atılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar