Çinli qadın 17 aydır hamilədir

Çinli qadın 17 aydır hamilədir
Want create site? Find Free WordPress Themes and plugins.

Çinin Xunan əyalətinin sakini Van Şi hamiləlik üzrə dünya rekordu vurub.

“A24.az”ın məlumatına görə, Trend Çinin “People`s Daily” qəzetinə istinadən xəbər verir ki, xanımın hamiləliyi 17 aydır davam edir.

V.Şi 2015-ci ilin fevralında hamilə olub və həkimlərin proqnozuna görə uşaq noyabrın 15-da doğulmalı idi. Deyilən tarixdə dünyaya uşaq gətirmədiyindən qadın həkimlərin yanına hər 7-10 gündən bir baş çəkir. Hamiləliyin 14-cü ayında qadının qeysəriyyə əməliyyatı keçirmək istəyini rədd edən həkimlər deyiblər ki, uşaq hələ tam inkişaf etməyib.

Həkimlər qeyd edirlər ki, bəzi qadınlar hamiləliyin 13-cü ayında dünyaya uşaq gətirirlər, lakin 17 aylıq müddəti izah edə bilmirlər.

V.Şi hazırda özünü yaxşı hiss edir və 18-ci ayda əməliyyat keçirməyə hazırlaşır.

6360700017242719314866802

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar