Çinlilərdən Messiyə 1,4 milyard avroluq transfer təklifi

Çinlilərdən Messiyə 1,4 milyard avroluq transfer təklifi
Want create site? Find Free WordPress Themes and plugins.
Çinin “Hebei China Fortune” klubu Lionel Messini heyətinə qatmaq istəyir. 
A24.Az xəbər verir ki,  çinlilərin argentinalı ulduzun müqaviləsindəki 700 milyon avroluq sərbəst qalma qiymətindən yararlanmaq istəyir.
İddia olunur ki, “Hebei China Fortune” bu məbləği “Barselona”ya ödəyərək Messini transfer etmək istəyir. Çindəki yeni qanunlara əsasən klub futbolçunun transferi üçün ödədiyi məbləğ qədər vergi ödəməlidi. Bu isə o deməkdi ki, Messinin transferi “Hebei China Fortune”ya 1,4 milyard avroya başa gələ bilər.
Qeyd edək ki, Çin klubu ötən ay “Barselona”dan Xavyer Maskeranonu 5,5 milyon avroya transfer edib. “Hebei China Fortune” klubunun heyətində həmçinin Ezekuel Lavezzi, Gervinyo, Anderson Ernanes, Stepan Mbia kimi ulduzlar yer alıb.
A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar