A24 Xeber

Çinlilərdən yeni KƏŞV: Qolbaq TELEFONLAR

Çinlilərdən yeni KƏŞV: Qolbaq TELEFONLAR
48
02 Sentyabr 2018 - 0:49

Çinin “ZTE” şirkəti biləyə taxılan smartfon və “ağıllı” saatın hibridi olan cihaz təqdim edib.

A24.Az “life.ru” saytına istinadən xəbər verir ki, “nubia-α” adlı cihazdan adi smartfon kimi istifadə etmək olar: zəng etmək, SMS göndərmək, internet və sosial şəbəkələrə daxil olmaq, şəkillər çəkmək (saatın kəmərinə kamera quraşdırılıb). “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən aparatın arxa tərəfində pulsometr quraşdırılıb.

Şirkətdən bildirilib ki, “nubia-α” cihazı tam hazırdır və yaxın vaxtlarda bazara çıxarılacaq.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00