Çiyələk insanı ZƏHƏRLƏYƏ bilir: Bunları mütləq oxuyun

Çiyələk insanı ZƏHƏRLƏYƏ bilir: Bunları mütləq oxuyun
Want create site? Find Free WordPress Themes and plugins.

Çiyələk həm uşaqlar, həm də böyüklər tərəfindən sevilərək yeyilən giləmeyvələrdən biridir. Bol miqdarda dəmir və fosfora malik olan çiyələyin tərkibi A, B, C və K vitaminləri baxımından da olduqca zəngindir. Bu giləmeyvə növü güclü antioksidant xüsusiyyətə malikdir və immuniteti gücləndirir.

Qida Təhlükəsizliyi Agentliyindən A24.Az-a verilən məlumata görə, çiyələyin faydaları ilə yanaşı düzgün istifadə olunmayanda onun insan orqanizminə zərərli təsirləri də olur.

Doğru şəraitdə saxlanılmayan çiyələyin yeyilməsi insan sağlamlığı üçün təhlükə yarada, hətta qida zəhərlənmələrinə də yol aça bilər. Belə zəhərlənmələrin qarşını almaq üçün aşağıda sadalanan xüsusları nəzaərə almaq lazımdır:
• Çiyələyin mövsümündə yeyilməsinə diqqət edilməlidir, çünki mövsümündən əvvəl istixana şəraitində meyvələrin yetişdirilməsində insan orqanizminə mənfi təsir edən kimyəvi maddələrdən istifadə oluna bilir.
• Çiyələk yeyilməzdən əvvəl mütləq yaxşıca yuyulmalıdır.
• Çiyələyin saplağı giləmeyvədən ayrılmalıdır.
• Əgər çiyələkdən turş qoxu gəlirsə və dili qıcıqlandırırsa belə məhsul yeyilmədən atılmalıdır.
• İsti havada çiyələk daha tez xarab olduğu üçün bu məhsul mütləq soyuducuda saxlanılmalıdır. İstehlakçı çiyələyin düzgün qaydada saxlanılmasından əmin olduqdan sonra onu yeməlidir.
• Çiyələk alarkən qırmızı rəngli və kiçik ölçülü meyvələrə üstünlük verilməlidir.
• Antisanitar şəraitdə satılan çiyələklərdən istifadə təhlükəlidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar