Çöldə yediyimiz yeməklər sonsuzluq yaradır

Çöldə yediyimiz yeməklər sonsuzluq yaradır
Want create site? Find Free WordPress Themes and plugins.

Sağlamlıq və qidalanma cəhətdən pis olduğunu bildiyimizə baxmayaraq, çöldə yemək yeməyi sevirik, amma bunu etməzdən əvvəl bir daha düşünməliyik.

Çünki hər ötən gün çöldə yemək yemə vərdişimiz daha da artır və bu, cinsiyyət orqanlarımıza təsir edən kimyəvi maddələrə məruz qalmamıza səbəb olur.

“A24.az” bildirir ki, “Phthalates” adlı kimyəvi maddə sonsuzluq yaradır və kişilərin cinsi inkişafına təsir göstərir. Belə ki, tez-tez çöldə yemək yeyən insanlar evdə yeyənlərlə müqayisədə onların 35 faizi toksiki kimyəvi maddələrə məruz qalır. “Phthalates” adlandırılan kimyəvi maddələr isə plastik qabların hazırlanmasında istifadə olunur. Plastik material restoran sənayəsində əhəmiyyətli materialdır, xüsusilə də “fast food” hazırlanan restoranlarda. Əgər plastika bükülür və dartılırsa, tərkibindəki material “plasticizer” adlanır. Maddə istidirsə plastik qabdan asanlıqla yeməyə keçir və uzun müddət yığılıb qalır. Bu maddələr qida yolu ilə insan bədəninə sıza bilir.

Hamburger və isti səndviçlərdə toksiki maddə daha çoxdur…

Çöldə isti halda verilən yeməkləri yeməyi sevirik və təəssüflər olsun ki, isti mühitdə “phthalates”lər sərbəstdir. Bircə dəfə paketdən çıxarılandan sonra həmin maddələri nəfəs, toxunma və ya yeməklə daxilə qəbul edirik. Xüsusilə də hamburger və isti sandviçlərin tərkibində toksiki maddələr digər qidalarla müqayisədə daha çoxdur. Bu toksiki maddələr hamilə qadınlar və inkişaf dövründə olan uşaqlar üçün daha təhlükəlidir. Bu maddələr uşaqlarda nevroloji inkişafa mənfi təsir göstərir və qavrama bacarığını aşağı salır. Oğlan uşaqlarında inkişafa mane olur və onlarda hormonal problemlərin yarabmasına səbəb olur. Həmçinin “phthalates” sonsuzluğun yaranmasına və oğlan uşaqlarında cinsi inkişafa mane olur.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar