Çörəyin necə daşındığını görəndə ŞOK olacaqsınız - VİDEO

Çörəyin necə daşındığını görəndə ŞOK olacaqsınız – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Çörək mağazalara avtomobilin ayaqaltı hissəsində daşınır. Fotonu göndərən şəxs iddia edir ki, şəkil Sumqayıtda çəkilib. Çörəklər də sexlərdən birinin avtomobili tərəfindən şəhər ərazisindəki mağazalara daşınır.

“A24.az” bildirir ki, həmin sürücünü tapılıb. O, şəhərdəki dükan və supermarketlərə çörəkdaşıma ilə məşğul olan Adil Hüseyinovdur. Adil Hüseyinov deyib ki, fotolar həqiqətən də onun avtomobilində çəkilib. Lakin həmin çörəklər mağazalardan geri qaytarılıb və bağında bəslədiyi heyvanlar üçün aparıb.

İstənilən halda çörək bərəkətdir. Adil Hüseynov da bu fikirlə razıdır və çörəyi ayaq altında daşımağın düzgün olmadığını qəbul edir.

Adil Hüseynov bundan sonra çörək daşıyarkən gigiyena qaydalarına daha diqqətlə yanaşacağını bildirib.

“A24.az” “xezerxeber.az”a istinadən sözügedən görüntüləri təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar