Çox yemək və arıqlamaq olar?- Alimlər mümkünlüyünü iddia edir

Çox yemək və arıqlamaq olar?- Alimlər mümkünlüyünü iddia edir
Want create site? Find Free WordPress Themes and plugins.

Günümüzdə bir sıra ölkələrdə piylənmə probleminin təhlükəli miqyas aldığını görən alimlər bu sindromun qarşısının alınması istiqamətində tədqiqatlar aparırlar. ABŞ-ın Yel Universitetinin əməkdaşları bu yaxınlarda yeni üsul kəşf ediblər.

A24.Az “vistanews.ru” saytına istinadla xəbər verir ki, qlaukoma xəstəliyinin müalicəsində istifadə olunan dərmanların tərkibindəki xüsusi maddəni qəbul etməklə piylənmənin qarşısını almaq mümkündür. Əzələlərdə aparılan eksperiment göstərib ki, bu maddə piylərin qana sorulmasına imkan vermir və onların orqanizmdən xaric olmasına kömək edir. Gələcəkdə tədqiqat müəllifləri insanlara kökəlmədən qidalanma yollarını öyrədəcəklər. Bu məqsədlə, ilk olaraq, çox yemək və kökəlməməyi təmin etmək üçün həmin möcüzəvi maddənin əsasında xüsusi qida əlavələrinin hazırlanması nəzərdə tutulur. Məlum olduğu kimi, piylənmə orqanizm üçün bir sıra fəsadlar yaradır. Belə ki, bu bəlaya düçar olanlar ürək-damar və həzm sistemləri xəstəliklərinə daha çox tutulurlar. Son tədqiqatlar göstərir ki, piy onkoloji şişlərin yaranması və inkişafı üçün əlverişli mühitdir.

Lakin ekspertlər bu cür kəşflərə əvvəlki kimi, şübhə ilə yanaşırlar. Həkimlərin bir çoxu xatırladır ki, piylər sağlam orqanizmin inkişafına kömək edən zəruri komponentdir. Bu cür maddələrdən çox istifadə edilməsi orqanizmdə deqradasiyaya səbəb ola bilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar