Cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub

Cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub
Want create site? Find Free WordPress Themes and plugins.

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub.

A24.Az-ın məlumatına görə, yarışın ikinci günü oğlanlar arasında 5 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Rüfət Məmmədov (73 kq), Samir Ağayev (81 kq), Azər Yaqubov (90 kq), Adil Kərimli (100 kq), Camal Feyziyev (+100 kq) qızıl medal qazanıb.

Ümumi medal sayında “Neftçi İdman Klubu” İB 11 medal (3 qızıl, 3 gümüş və 5 bürünc) qazanaraq birinci olub. “Atilla” klubu 4 medal (3 qızıl və 1) əldə edərək ikinci yeri tutub. 5 medala (1 qızıl, 2 gümüş və 2 bürünc) sahib olan “Judo Club 2012” isə ölkə birinciliyini üçüncü yerdə başa vurub. Qalib və mükafatçılara Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplom və medalları təqdim olunub.

Qeyd edək ki, iki gün davam edən ölkə birinciliyində, ümumilikdə, 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar