Cüdoçularımız Avropa kubokunda 8 medal qazandılar - FOTOLAR

Cüdoçularımız Avropa kubokunda 8 medal qazandılar – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Portuqaliyanın Koimbra şəhərində yeniyetmələr arasında Avropa kuboku yarışı keçirilib.

A24.Az xəbər verir ki, beynəlxalq turnirdə uğurla çıxış edən cüdoçularımız 8 medal qazanıblar.

Millimizin üzvləri Zaməddin Poladov (60 kq), Vüqar Talıbov (66 kq) və Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. Yalnız finalda uduzan Şükran Zamanlı (50 kq) gümüş medala sahib olub. Mətin Rzazadə (60 kq), Aytac Qardaşxanlı (48 kq), Kamran Novruzov (73 kq), İbrahim Ağakişiyev (81 kq) isə bürünc medal qananıb. Beləliklə Azərbaycan cüdoçuları Portuqaliyada 3 qızıl, 1 gümüş və 4 bürünc medala layiq görülüblər.

Qeyd edək ki, 28 ölkədən 416 yeniyetmə cüdoçunun (241 oğlan, 175 qız) mübarizə apardığı Avropa kuboku turnirundə Azərbaycan millisi 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar