A24 Xeber

Cüdoçumuz Avropa çempionatında yarımfinala yüksəldi

Cüdoçumuz Avropa çempionatında yarımfinala yüksəldi
24
26 Aprel 2018 - 18:00

Bu gün İsrailin Təl-Əviv şəhərində cüdo üzrə kişi və qadınlar arasında Avropa çempionatına start verilib.

A24.Az xəbər verir ki,  birinci yarış günündə Azərbaycanın 9 cüdoçusu tatami üzərinə çıxıb. Onlardan 6 qadın idmançının hamısı elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Həmçinin, 60 kg çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli də startdaca uduzub.

Əvəzində 66 kq çəki dərəcəsində yarışan Orxan Səfərovla Nicat Şıxəlizadə medallar uğrunda mübarizəni davam etdirirlər. Mübarizəyə 1/16 final mərhələsindən başlayan Səfərov ardıcıl olaraq, xorvatiyalı Bernard Azinoviç, israilli Barux Şmaylov və portuqaliyalı Joao Krisostomonu məğlub edərək, yarımfinala yüksəlib. Finala gedən yolda onun rəqibi sloveniyalı Adrian Qombok olacaq.

Şıxəlizadə isə ilk 2 görüşündə moldovalı Denis Vyeru və ukraynalı Georgi Zantarayanı mübarizədən kənarlaşdırsa da, 1/4 finalda italiyalı Matteo Medvesə uduzub. Lakin o, mübarizəni bürünc medal uğrunda təsəlliverici görüşdə davam etdirəcək. Təcrübəli cüdoçunun rəqibi belaruslu Dmitri Şerşan olacaq.

Qeyd edək ki, təsəlliverici, yarımfinal və final görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Avropa çempionatı

Qadınlar

48 kq

1/16 final. Leyla Əliyeva – Marusa Stanqar (Sloveniya)

1/16 final. Bazarraqça Erdenebat – Dilara Lokmanhekim (Türkiyə)

52 kq

1/16 final. Gültac Məmmədəliyeva – İrem Korkmaz (Türkiyə)

1/16 final. Buyanxişiq Purevsuren – Madelene Rubinşteyn (Norveç)

57 kq

1/16 final. Ülviyyə Rəhimli – Anna Borovska (Polşa)

1/16 final. İnçxorlo Munxtsedev – Nora Qyakova (Kosovo)

Kişilər

60 kq

1/16 final. Vüqar Şirinli – Beslan Mudranov (Rusiya)

66 kq

Təsəlliverici görüş. Nicat Şıxəlizadə – Dmitri Şerşan (Belarus)

1/4 final. Nicat Şıxəlizadə – Matteo Medves (İtaliya)

1/8 final. Nicat Şıxəlizadə – Georgi Zantaraya (Ukrayna)

1/16 final. Nicat Şıxəlizadə – Denis Vyeru (Moldova)

1/2 final. Orxan Səfərov – Adrian Qombok (Sloveniya)

1/4 final. Orxan Səfərov – Joao Krisostomo (Portuqaliya)

1/8 final. Orxan Səfərov – Barux Şmaylov (İsrail)1/16 final. Orxan Səfərov – Bernard Azinoviç (Xorvatiya)

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00