A24 Xeber

Çuğundur şirəsinin inanılmaz təsiri

Çuğundur şirəsinin inanılmaz təsiri
69
15 Sentyabr 2018 - 23:49

Artıq çoxdan məlumdur ki, çuğundur şirəsi ürək-damar sisteminin normal fəaliyyətinə kömək edir.

A24.Az-ın məlumatına görə, Britaniyadan olan alimlər, bu şirənin qan təzyiqinə məhz necə təsir göstərməsini müəyyən ediblər.

Mütəxəssislər sübut ediblər ki, 1 stəkan çuğundur şirəsi, bir saat ərzində qan təzyiqini aşağı salmağa kömək edir. Bu, müəyyən təcrübədə sübut olunub.

14 könüllünün təzyiqi həkimlər tərəfindən yoxlanılıb və sonradan onlara çuğundur şirəsi içmək təklif olunub. Altı saatın hər saatında təzyiqin dəyişildiyi qeyd olunub. Beləliklə, ilk saat ərzində artıq təzyiqin göstəriciləri aşağı enməyə başlayıb və 2,5 saatdan sonra bu enmə 10 mm təşkil edib. Bu effekt 24 saat ərzində qalıb, sonrada öz səviyyəsinə qayıdıb. Buna səbəb çuğundurun tərkibində olan duzlardır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00