A24 Xeber

Dağınıq skleroz xəstələrinin müalicəsi ilə bağlı yeni sənəd hazırlanacaq

Dağınıq skleroz xəstələrinin müalicəsi ilə bağlı yeni sənəd hazırlanacaq
35
23 Aprel 2018 - 10:10

Azərbaycanda dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi üzrə klinik protokollar hazırlanacaq və tətbiq ediləcək.

A24.Az xəbər verir ki, səhiyyə naziri səlahiyyətlərini icra edən Oqtay Şirəliyevin imzaladığı “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər planına əsasən, klinik protokollar 2019-cu ildə hazırlanaraq tətbiq ediləcək.

Bununla yanaşı, 2018-2022-ci illərdə dağınıq skleroz xəstəliyinin mərhələsinin müəyyənləşdirilməsi məqsədilə tibb müəssisələri zəruri laboratoriya avadanlığı ilə və reaktivlərlə təmin ediləcək.

Qeyd edək ki, klinik protokollar hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələr toplusudur. Klinik protokolların tərtib edilməsində məqsəd ən son elmi tədqiqatların nəticələrini gündəlik praktikaya tətbiq etmək, tibb işçilərini pasiyentə rasional yardım göstərməkdə kömək edəcək vəsaitlə təmin etmək və tibbi xidmət göstərilməsində yüksək standartlara nail olmaqdır. Klinik protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik situasiyada necə hərəkət etməklə bağlı istiqamətverici rol oynayır.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00