Dağıstan çempionatında azarkeşlər rus döyüşçüsünə hücum etdi - VİDEO

Dağıstan çempionatında azarkeşlər rus döyüşçüsünə hücum etdi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Qarışıq döyüş növü üzrə Rusiya idmançısı Vladimir Mineyev Dağıstanda həvəskarlar arasında keçirilən çempionatda iştirak edib.

“A24.az” “Virtualaz.org”a istinadən bildirir ki, Mineyevin rəqibi dağıstanlı Əziz Cumaniyazov olub. Döyüş Mineyev üçün o qədər də müvəffəqiyyətli alınmayıb.

Yerli idmançı döyüş vaxtının çox hissəsində onu parterdə saxlayıb. Amma Cumaniyazov ikinci raundu sonuna yaxın qeyri-idmani hərəkətə yol verib. Belə ki, ayağa qalxaraq, rəqibini təpiklə vurub. Mineyev dərhal yerindən sıçrayıb və rəqibinin başına yumruq endirib.

Bundan sonra yerli döyüşçünün pərəstişkarları rinqə atılaraq Mineyevə hücum ediblər. Düzdür, gəlmə idmançının tərəfdarları da ringə atılıblar, amma onların sayı olduqca az olub.

İlkin məlumatlara görə, xoşbətlikdən hadisə nəticəsində heç kim zərər görməyib.

Tədricən də olsa, ara sakitləşib və hər iki döyüşçü tribunanın altındakı otağa keçərək danışıblar. Daha sonra isə bir- birindən üzr istəyərək, əl sıxıblar.

Qeyd edək ki, Vladimir Mineyev “Fight Nights” döyüşçüsüdür. Onun peşəkarlıq statistikasında 8 qələbə və 1 məğlubiyyət var.

Ə.Cumaniyazov isə 2 dəfə qələbə qazanıb, 3 dəfə məğlub olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar