A24 Xeber

Dağıstanda sürücülər azərbaycanlılara hücum etdi: yük maşınları daşa tutuldu – FOTOLAR

Dağıstanda sürücülər azərbaycanlılara hücum etdi: yük maşınları daşa tutuldu – FOTOLAR
677
31 Mart 2017 - 16:58

Azərbaycandan Rusiyaya yük daşıyan 30-dan çox maşına Dağıstanda hücum olub.

“A24.az”ın məlumatına görə, yük maşınlarından birinin sürücüsü Məhəmməd Həsənov APA-ya bildirib ki, Azərbaycan-Rusiya sərhədini keçdikdən sonra Dağıstanın Qayakənd, Manas, Mahaçqala, Babayurt, Gizlər və Qoçubəy ərazilərində yük maşınlarına qəfil hücumlar olub.

Onun sözlərinə görə, sərhədi martın 28-də keçiblər, yol polisi onları müşayiət edib: “Daşlarla, dəmir parçaları ilə silahlanmış dağıstanlı sürücülər yolboyu maşınlara qəfil hücum etməyə başladılar. Həmin sürücülər Rusiyada yük maşınları üçün yeni sistemin tətbiq olunmasına etiraz olaraq tətil keçirirlər. Bizə də deyirdilər ki, onlar işləmir, biz də işləməyək. Yük maşınları Moskva, Sankt-Peterburq, Voronejə doğru hərəkət edirdi. Yük maşınlarında meyvə-tərəvəz daşınır”, – deyə sürücü bildirib.

Həsənov qeyd edib ki, hadisə vaxtı maşınlara ciddi ziyan dəyib. Habelə bir yük maşının sürücüsü hücum zamanı idarəetməni itirərək qəza törədib. Nəticədə sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib: “Biz indi Stavropol ərazisindəyik”.

Qeyd edək ki, Rusiya ərazisində “Platon” sistemi tətbiq olunmağa başlayıb. Sürücülər də bu sistemə etiraz edirlər. Dağıstanda “Platon”un əleyhinə aksiyada iştirak etmək istəməyən yerli sürücülərin də avtomobilləri yandırılıb. “Platon” sistemi ilə maksimum kütləsi 12 tondan çox olan yük maşınlarından ödənişlər alınması nəzərdə tutulur.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00