A24 Xeber

Daha bir azərbaycanlı AVTORİTET həbs edildi

Daha bir azərbaycanlı AVTORİTET həbs edildi
79
29 Avqust 2018 - 21:58
Dərbəndli avtoritet, kriminal aləmdə “Canavar” ləqəbi ilə tanınan Vaqif Nəbiyev Qanada ələ keçirilib.
A24.Az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Nəbiyev yaxın qohumu Musa Musayevlə birlikdə saxlanılıb.
“Canavar” adam oğurluğu, silah alveri, dələduzluq və digər cinayətlərin yer aldığı ümumilikdə 10 maddə üzrə ittiham olunur.
Qeyd edək ki, o, biznesmen Ramazan və Arsen Kafarov qardaşlarını oğurlayaraq 9 ay girovluqda saxlamışdı. 2018-ci ilin aprelin 30-da qardaşlar qaçaraq Rusiyanın Qana səfirliyində sığınacaq alıblar.
Nəbiyevin yaxın günlərdə Rusiyaya təhvil veriləcəyi bildirilir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00