A24 Xeber

Daha bir azərbaycanlı müğənni avtomobil qəzasına düşdü: Maşını aşıb, vəziyyəti ağırdır- FOTO/YENİLƏNDİ

Daha bir azərbaycanlı müğənni avtomobil qəzasına düşdü: Maşını aşıb, vəziyyəti ağırdır- FOTO/YENİLƏNDİ
407
07 İyun 2018 - 12:05

Bu gün saat 10 radələrində Salyan yolunda, Şıx çimərliyinin qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib.
A24.az avtosfer.az-a istinadla xəbər verir ki, müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı “İnfiniti” markalı avtomobillə Səbail rayon Yol-Patrul Xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.
Qeyd edək ki, həmin ərazidə beynəlxalq velosiped yarışı keçirilir. Yarışlarda təhlükəsizliyi təmin etmək üçün Səbail rayon Yol Polisi Şöbəsinin əməkdaşları bir neçə gündür həmin ərazidə gücləndirmiş iş rejimində işləyir. Hadisə də yarış başlayan ərəfədə olub. Belə ki, yol kənarında dayanan YPX avtomobilinə yüksək sürətlə hərəkət edən Eltonun avtomobili çırpılıb. Şahidlərin sözlərinə görə, müğənni ərazidə sürətin azaldılması barədə nişanlara əhəmiyyət verməyərək yüksək sürətlə hərəkət edib.
Avtomobillərə ciddi ziyan dəyib. Həm müğənni, həm də YPX əməkdaşı xəsarət alıb. Onlar əraziyə çağırılan təcili tibbi yardımla xəstəxanaya aparılıb.

***

11:01

Müğənni Elton Hüseynəliyev qəzaya düşüb.

A24.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə bu dəqiqələrdə Bibiheybət yolunda baş verib. Müğənninin maşını aşıb.

Sənətçinin həyat yoldaşı Tamilla xanım “Qafqazinfo”ya hadisəni təsdiqləyib. Bildirib ki, hazırda yoldadır, xəstəxanaya gedir: “Özü ilə danışmışam, 1 saylı Şəhər Kliniki Xəstəxanasındadır. Vəziyyəti kafidir.
Ancaq qəzanın necə baş verməsi, hazırda səhhətinin tam necə olması ilə bağlı məlumatım yoxdur”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00