Daha bir kənd terrorçulardan təmizləndi - “Zeytun budağı” 27-ci günündə...

Daha bir kənd terrorçulardan təmizləndi – “Zeytun budağı” 27-ci günündə…
Want create site? Find Free WordPress Themes and plugins.

Türk Silahlı Qüvvələrindən Afrində terrorçulara qarşı başladılan və 27-ci gününə girən  “Zeytun budağı” əməliyyatı ilə bağlı məlumat yayımlayıb.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, TSQ və ASO Afrinin şimal-qərbində yerləşən Racu bölgəsinə aid Kudə kəndini terrorçulardan təmizləyib. Beləliklə, əməliyyatın başladığı gündən bu yana PYD/PKK-nın işağlı altında olan Afrinin 5 bölgəsindən biri, 36 kənd, 3 kənd-qəsəbə və 14 strateji əməliyyətli dağ və təpə olmaqla 54 məntəqə terrorçulardan təmizlənib.

Bu günə qədər 31 türk əsgərinin şəhid olduğu əməliyyatın 27-ci günü ilə bağlı TSQ-dən verilən açıqlamaya görə, 14 fevral 2018-ci il tarixində quru və hava əməliyyatlarında 46 PKK/KCK/PYD/YPG və İŞİD təşkilatına məxsus terrorçu zərərsizləşdirilib. “Zeytun budağı”nın başlanğıcından bu günə qədər məhv edilən terrorçuların sayı 1485 nəfərə çatıb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar