Daha bir ölkə Rusiyadan "S-400" raket kompleksi alır

Daha bir ölkə Rusiyadan “S-400” raket kompleksi alır
Want create site? Find Free WordPress Themes and plugins.

İraq Rusiyadan “S-400” raket hücumundan müdafiə sisemi almağı planlaşdırır.

“A24.Az” xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın İraqdakı səfiri Maksim Maksimov, İraqın Rusiyaya S-400 raket əleyhinə müdafiə sistemi almaq üçün müraciət edəcəyini bildirib.

Rusiya mətbuatına açıqlama verən səfir bildirib ki, İraq tərəfinin Rusiya istehsalı olan silahlar almaq üçün yeni sifarişlər verəcəyinə ümid edir: “S-400 raket əleyhinə müdafiə sistemləri də buna daxildir. İraqdan bu istiqamətdə tələb gələrsə dəyərləndirəcəyik”, – deyə M.Maksimov əlavə edib.

Rusiya və İraq arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində, İraqa İŞİD-lə mübarizədə çox sayda hərbi texnika göndərildiyini qeyd edən M.Maksimov, bu texnikalar arasında bir çox hərbi məhsulların olduğunu qeyd edib:

“Bu texnikalar arasında “Mi-35” döyüş və “Mi-28” zərbə helikopterləri, “Su-25” döyüş təyyarələri, “Kornet” E tank əleyhinə müdafiə raketləri və digər hərbi təchizat olub”, – deyə səfir bildirib.

İraq ilə hərbi sahədəki əməkdaşlığın davam etdiyini söyləyən səfir, İraqın rəsmi heyətlə Rusiyadakı hərbi sərgilərə qatıldığını da qeyd edib.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar