A24 Xeber

Daha bir ölkə səfirliyini Qüdsə köçürür

Daha bir ölkə səfirliyini Qüdsə köçürür
16
13 Sentyabr 2018 - 9:17

Çexiya prezidenti Miloş Zeman ölkənin İsraildəki səfirliyinin Qüdsə köçürülməsi mümkünlüyünün nəzərdən keçirildiyini bildirib.

“A24.az” “Associated Press”ə istinadən xəbər verir ki, onun sözlərinə görə, diplomatik nümayəndəliyin köçürülməsi prosesi üç mərhələdən ibarət olacaq.

O qeyd edib ki, oktyabrda Qüdsdə Çexiyanın fəxri konsulluğu açılacaq. Bundan sonra orada “səfirliyin faktiki köçürülməsinədək digər Çexiya müəssisələri” açılacaq.

Bildirilir ki, Zeman Qüdsdə Çexiya diplomatik nümayəndəliklərinin konkret nə zaman açılacağı barədə məlumat verməyib.

Agentliyin məlumatına görə, ölkənin xarici siyasətini idarə edən Çexiya hökuməti bu planları təsdiq etməyib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00